11c7ee9b-b341-4f2a-a0c4-b6e0eabb4d05..jpg

Bakıda narkotik satan 36, silah saxlayan 4 nəfər tutulub – FOTO/VİDEO

Baxış sayı: 969 dəfə baxılıb.

Bakıda narkotik satan 36, silah saxlayan 4 nəfər tutulub – FOTO/VİDEO

Nərimanovda narkotiklərin satışı ilə məşğul olan 36, üzərində qanunsuz olaraq
silah saxlayan 4, avtoyuma məntəqəsində maşından 15 min manat oğurlayan bir
nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan Turalcan Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı 3 kiloqramdan
artıq heroin aşkar olunaraq götürülüb. Turalcan Mustafayev ifadəsində narkotik
vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından onlayn yolla Bakı
şəhərində satmaq məqsədilə aldığını bildirib.

Ümumilikdə ilin əvvəlindən Nərimanov Rayon Polis İdarəsinin, eləcə də ərazi
şöbə və bölmələri tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik
vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 36 nəfər saxlanılıb. Bu
şəxslərdən 9 kiloqrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitələr
aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsinin, 17 və 18-ci Polis Şöbələri, eləcə də 16-cı
Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı
üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Fuad Musayev, Elşad
Quliyev, Xəlil Xəlilov və Ələkbər Məmmədov saxlanılıblar. Həmin şəxslərdən
ümumilikdə 3 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 18 ədəd patron, bir
ədəd “Toz-17” markalı yivli müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər
əməliyyat zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində
nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov da saxlanılaraq
istintaqa təqdim edilib. Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və
əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir.


Source link