63581e32-ac59-41d9-acd4-4e065b78ad61..jpg

Bakıda narkotik satan şəxsdən 6 kq narkotik götürülüb – FOTO/VİDEO

Baxış sayı: 1. 097 dəfə baxılıb.

Bakıda narkotik satan şəxsdən 6 kq narkotik götürülüb – FOTO/VİDEO

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan daha bir nəfər saxlanılıb. Polisə Natiq adlı şəxsin rayon
ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat
verilib.

Həmin şəxs – Natiq Kazımov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində
şəxsi axtarış aparılan zaman 90 qram metamfetamin aşkar edilib. Əməliyyat
tədbirlərinin davamı olaraq Natiq Kazımovun idarə etdiyi avtomobildən əlavə 2
kiloqramdan artıq heroin, 4 kiloqram 190 qram marixuana və narkotiklərin
satışında istifadə etdiyi qeyd dəftərçəsi aşkar edilib.

Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu naməlum
İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.

Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.


Source link