862f773f-0aa8-4f17-b354-370a273f4e42..jpg

Bakıda narkotik satanlar ƏLƏ KEÇDİLƏR – Aralarında 22 yaşlı qız da var + VİDEO

Baxış sayı: 488 dəfə baxılıb.

Bakıda narkotik satanlar ƏLƏ KEÇDİLƏR – Aralarında 22 yaşlı qız da var + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı
əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə
və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt
sakinləri 1990-cı il təvəllüdlü Afiq Quliyev, 2001-ci il təvəllüdlü Ramilə
Qurbanova və 1987-ci il təvəllüdlü Nicat Əliyev saxlanılıblar.

Bu şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon
həbləri və metanfetamin aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial
şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində
satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Həmçinin idarə əməkdaşlarının noyabr-dekabr aylarında həyata keçirdikləri
silsilə əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə
“tiryəkxana” təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan ümumilikdə 43 nəfər saxlanılıb.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər
hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam
etdirilir.


Source link