ca85d98d-1dc1-4ca8-ab42-022425aa4ede..jpg

Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar

Baxış sayı: 847 dəfə baxılıb.

Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar

Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat
əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər
sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev də müəyyən
olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qram, yaşadığı evdən isə
əlavə 2 kiloqram 220 qram heroin götürülüb. Saxlanılanlar narkotik vasitəni
paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq
Şöbəsinə göndərilib.

“Bu şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri
davam etdirilir. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları
tərəfindən əməliyyatlar davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Source link