7eaab816-1cd4-47b0-9099-29e8ff564419..jpg

Bakıda narkotik satışında təqsirləndirilən şəxsə hökm oxunub

Baxış sayı: 800 dəfə baxılıb.

Bakıda narkotik satışında təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Kənan
Əliyevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı K.Əliyevin 12 il 6 ay müddətinə azadlıqdan
məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, K.Əliyev ötən ilin oktyabrında Qaradağ rayonu ərazisində
saxlanılıb.

Belə ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ondan 10 kq
heroin aşkar edilərək saxlanılıb.

Ona qarşı 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə,
saxlama) maddələri ilə ittiham olunub.

Source link