47a20bb9-7496-4356-80d3-ac3ae3adcf4f..jpg

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb – VİDEO

Baxış sayı: 1. 236 dəfə baxılıb.

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb
– VİDEO

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatlar zamanı Aygün Rzayeva, Nəsimi Yunisli, Vidadi Nəzərzadə, Vüsal
Ələkbərov və Elvin Şərifov tutulublar.

Araşdırmalar zamanı müəyyən edilib ki, Aygün Rzayeva Binə qəsəbəsində narkotik
vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq Nəsimi Yunisli və
digərlərini bu işə cəlb edib. O, narkotik vasitələri isə sosial şəbəkələr
vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla
aldığını bildirib. Aygün Rzayeva və onun şəbəkəsinə daxil olan şəxslərdən külli
miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında
narkotik vasitələri Aygün Rzayeva və Nəsimi Yunislidən aldıqlarını etiraf
ediblər.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis
İdarəsinə göndərilib. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz
dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri
davam etdirilir.


Source link