bfed12ef-2cf8-4d2d-88ad-6ef4a43f9826..jpg

Bakıda narkotikin təsiri altında olan 88 nəfər saxlanılıb – VİDEO

Baxış sayı: 557 dəfə baxılıb.

Bakıda narkotikin təsiri altında olan 88 nəfər saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ötən gün
də davam etdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-də keçirilən növbəti tədbirlərlə narkotiklərin
qanunsuz dövriyyəsi ilə bağlı 54 fakt aşkar edilib. İctimai yerlərdə narkotik
maddələrin təsiri altında olan daha 88 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən 3 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati xarakterli
tədbirlər görülüb.

Paytaxtda hüququpozmalara qarşı və aşkarlanan faktlarla bağlı polis
əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


Source link