4634f728-dbc4-43a7-ab7b-31bdad61a986..jpg

Bakıda narkotikin təsiri altında qadının çantasını ələ keçirib qaçan şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 524 dəfə baxılıb.

Bakıda narkotikin təsiri altında qadının çantasını ələ keçirib qaçan şəxs
saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Səbail rayonu Badamdar qəsəbəsində soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Zərərçəkən paytaxt sakini olan bir nəfər xanım yaşadığı evə gedən zaman
naməlum şəxsin ona yaxınlaşaraq içərisində mobil telefon və sənədləri olan
çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən
əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən
1997-ci il təvəllüdlü İmamverdi Axundov saxlanılıb. O, ifadəsində hadisədən
əvvəl narkotik vasitə qəbul etdiyini bildirib.

Faktla bağlı toplanan materiallar istintaqa təqdim olunub, araşdırmalar davam
etdirilir.

İ.Axundovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis
orqanlarına məlumat verə bilərlər.

Source link