6c5577fc-7b74-41c7-b8a3-da7cfb61a7a7..jpg

Bakıda odlu silah satmaq istəyən keçmiş məhkum ƏLƏ KEÇDİ – VİDEO

Baxış sayı: 554 dəfə baxılıb.

Bakıda odlu silah satmaq istəyən keçmiş məhkum ƏLƏ KEÇDİ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonunda əldə etdiyi odlu silahı satmaq üçün özündə saxlayan şəxs
tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri
tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən, əvvəllər
məhkum olunmuş, paytaxt sakini 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş
“TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov
silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq
məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Source link