Bakıda ofisin seyfindən 14 800 manat oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar
şəraitdə 14 800 manat pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən
yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.