76669663-5823-43f6-bee0-e8f51cac6d72..jpg

Bakıda ögey bacısının 252 min manat pulunu oğurlayan şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Baxış sayı: 1. 142 dəfə baxılıb.

Bakıda ögey bacısının 252 min manat pulunu oğurlayan şəxs cəzasının
yüngülləşdirilməsini istəyir

Bakıda bacısının külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Mahir
Əlizadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum
cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 7-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan
məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək
haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan
tədbiri seçilib. M.Əlizadə məhkəmə iclas zalında həbs olunub.

İttiham aktına əsasən, oğurluq hadisəsi 2021-ci il iyunun 19-da paytaxt
ərazisində qeydə alınıb.

Belə ki, M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadə Nərimanov rayonu, Təbriz
küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva
şəhərinə getmək məqsədilə hava limanına yola düşüb. Təqsirləndirilən şəxs isə
zərərçəkmiş və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda
kömək etmək adı ilə götürüb. O, həmin çantalar arasında olan kiçik əl
çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

İstintaq tərəfindən M.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci
(Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli
sürülüb.

Source link