Bakının Xəzər rayonunda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
Hadisə Şüvəlan qəsəbəsindəki Hacı Mövlan bağları adlı yaşayış massivindəki
evdə baş verib.
Məlumata görə, 20 yaşlı Sadiq Eyyublu aralarında yaranan mübahisə zamanı anası
40 yaşlı Zəminə Eyyublunun əvvəlcə ayağına bıçaqla xəsarət yetirib, daha sonra
isə qadının boynunu qıraraq onu qətlə yetirib.
Qətlə yetirilən qadının qonşuları baş vermiş hadisə ilə bağlı Baku TV-yə
danışıblar.
“Böyük oğlu həbsdədir. Əsgərlikdən gələndən sonra həbsxanaya düşdü. Amma bu
oğlanın pis bir işini görməmişdim. Elə yaxşı uşaq idi ki. Psixoloji problemi
olduğunu deyə bilmərəm. Elə olsaydı, qonşularla davası olardı”, – deyə
qonşulardan biri deyib.
Ətraflı süjetdə:
QƏTLİN DETALLARI
Bakıda oğlan anasının boynunu sındırıb öldürdü: Dəhşətli QƏTLİN DETALLARI
16:40
Bakıda törədilən dəhşətli cinayətin detalları məlum olub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, dəhşətli cinayət hadisəsinə səbəb 20
yaşlı Sadiqin anasını evdə başqa kişi ilə tutması olub. Anasını öldürdükdən
sonra S.Beybudlu həmin şəxsi – Elvin Allahverdiyevi də yaralayıb.
Oğlu tərəfindən qətlə yetirilən Zəminə Beybudlunun qohumlarının sözlərinə
görə, o, ilk ailəsindən ayrılıb və Sadiq Beybudlu da onun ilk evliliyindən olan
övladı olub.
10:44
Bakıda dəhşətli cinayət törədilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 3-ü saat 23 radələrində
Şüvəlanda qeydə alınıb.
Yardımlı rayon sakinləri, 2004-cü il təvəllüdlü Sadiq Beybudlu kirayədə
yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə
Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.
Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə
taxta parçası ilə xəsarət yetirib.
Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və prokurorluğa təhvil
verilib.