Bakıda oğlunu və gəlinini baltalayan şəxs yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun
barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Ələsgər Novruzovun
sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə
azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun şikayətini təmin
olunmayıb.
İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb.
Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından balta ilə zərbə vurub,
gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol
budundan bir neçə yerdən kəsik xəsarətləri alıb.
O, məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə
döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini
bildirib.