0d513a9a-24f5-4648-b04e-e77bf03ef8bf..jpg

Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq edib

Baxış sayı: 791 dəfə baxılıb.

Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq edib

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə
oğlunun işgəncəsinə məruz qalıb.

Oğlu onu ağac budağı ilə döyüb.

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə
yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyəsinin açıq yarası və
burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Source link