adb1bd05-8bbf-4341-ac90-d17bc987de8d..jpg

Bakıda oğul anasını boğub öldürmək istədi

Baxış sayı: 929 dəfə baxılıb.

Bakıda oğul anasını boğub öldürmək istədi

Bakıda oğul anasını öldürməyə cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 18-də Nizami rayonu, Qara Qarayev
prospektində yerləşən mənzillərdən birində baş verib.

1981-ci il təvəllüdlü Y.F. 1961-ci il təvəllüdlü anasını boğmağa çalışıb.
Qadın koma vəziyyətində xəstəxanaya aparılıb və həyatı xilas edilib.

Qadın hadisə barədə polisə məlumat verib.

Y.F. saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Source link