ea8d8722-ff4f-4587-b569-28074433b37d..jpg

Bakıda oğurlanmış iki yaşlı uşağın bacı-qardaşları sığınacağa yerləşdirildi: “Sanki qorxurlar…”

Baxış sayı: 2. 479 dəfə baxılıb.

Bakıda oğurlanmış iki yaşlı uşağın bacı-qardaşları sığınacağa yerləşdirildi:
“Sanki qorxurlar…”

8 gündür Bakıda oğurlanan iki yaşlı oğlanın ailəsi digər övladlarını
sığınacağa yerləşdirib.

Bu barədə Cixisyolu.com-ın suallarını cavablandıran Azərbaycan Uşaqlar Birliyinin
sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, sözügedən ailə televiziya proqramlarından birinə müraciət edib
və uşaqları qoymaq üçün sığınacaq axtarıb:

“Ailə könüllü olaraq uşaqlarını sığınacağımıza gətirib. İlkin məlumat kimi onu
deyə bilərəm ki, uşaqlar və valideynləri gigiyenik cəhətdən çox pis vəziyyətdə
idilər. Ailənin 4 uşağı var, onlardan biri ağır fiziki məhdudiyyətlidir.
Sığınacaqda baxımı mümkün olmadığından uşağı götürə bilmədik. Digər 3 uşaq –
biri qız, ikisi oğlan olmaqla sığınacağa qəbul etdik. Qız 8 yaşdan yuxarıdır,
lakin fikrini aydın ifadə edə bilmir.

Vəziyyətləri yaxşı deyil, sanki nədənsə qorxurlar. Amma bu, ilkin
təəssüratdır. Bilmirik nədən qorxurlar, bunun cavabı psixoloqların
müşahidəsindən sonra məlum olacaq. Lakin ilkin təəssürat odur ki, uşaqlar
zorakılığa məruz qalmış ola bilər”.

Könül Cəfərli

Source link