Bakıda ondan həzz almayan arvadını öldürən şəxsə hökm oxundu

Bakıda ondan həzz almayan arvadını öldürən şəxsə hökm oxundu

Baxış sayı: 2. 502 dəfə baxılıb.

Bakıda ondan həzz almayan arvadını öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rasim Çərtikovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

ÇıxışYolu.Com-ın məlumatına görə, bu ilin fevral ayında Binəqədi rayonunda Rasim Çərtikov 33 il yaşadığı həyat yoldaşı Arifə Çərtikovaya bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib.

Həmin gün o, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və dindirilərkən cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, prosesdə Rasim Çərtikov ittiham üzrə özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, arvadı öz istəyilə dayəlik işinə başlayıb. Onun işləməsinə əvvəl razı olmayıb, iki ay özü onu işə aparıb:

“Günlərin bir günü Arifə gəlib dedi ki, gecə növbəsində işləmək istəyirəm. Buna görə dalaşdıq, küsüb atasının evinə getdi. Yaxın adamla qaynanamgilə gedib, onu evə gətirdim. Arifə ilə yalnız gündüz növbəsində işləməsi barədə razılaşdıq. Əvvəl sözünə əməl etdi, lakin sonra yenə fikrini dəyişdi, hətta Türkiyəyə getmək istəyirdi”.

Hadisə günü aralarında işi ilə əlaqədar mübahisə düşüb:

“Arifə dedi ki, öldürsən də, işdən çıxmayacağam. Əsəbləşib, bıçağı mənə atdı. Yaxınlaşıb dedim ki, niyə məni buna vadar edirsən? Mən səni öldürmək istəmirəm. Sakitləşdirib, yataq otağına apardım. Yaxınlıq etmək istədim. Mənə qayıdıb dedi ki, kişi kimi səndən həzz almıram. Bunu eşidəndə, artıq dözmədim, bıçaqla zərbələr vurdum”.

www.ÇıxışYolu.Com