b3b184ad-52cb-4e68-90d7-aecc7f487545..jpg

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb – FOTO

Baxış sayı: 456 dəfə baxılıb.

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə dörd mağazadan xəsarət yetirmək
təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət
aşkar olunaraq götürülüb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq
ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.

“Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının
məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri
əməllərindən çəkinməyə çağırır”, – deyə məlumatda vurğulanıb.

Source link