ee3d9ffb-accf-4fe1-8c5b-c9f5ce1153e1..jpg

Bakıda özünü məktəbin pəncərəsindən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Baxış sayı: 587 dəfə baxılıb.

Bakıda özünü məktəbin pəncərəsindən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135
nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Bakı şəhər Təhsil İdarəsindən
məlumat verilib.

Bildirilib ki, məktəbdən verilən ilkin məlumata görə Binəqədi rayonu 135
nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd
olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın
pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə
ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına
məlumat verilib.

Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

11:01

Bakıda şagird özünü məktəb binasından atıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Binəqədi rayonu 135
nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü
məktəbin 2-ci mərtəbəsindən atıb.

Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.

Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.

Source link