3c31d9cf-fb8a-41df-ad87-90390568c72f..jpg

Bakıda özünü “seyid” kimi təqdim edən narkokuryer tutuldu: “Heyif oldu əziyyətlərim” – VİDEO

Baxış sayı: 2. 500 dəfə baxılıb.

Bakıda özünü “seyid” kimi təqdim edən narkokuryer tutuldu: “Heyif oldu
əziyyətlərim” – VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə
məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev
saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici
ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata
keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq
dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış
məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istintaq zamanı
X.Allahverdiyev törətdiyi əməli etiraf edib.

X.Allahverdiyev istintaqa verdiyi ifadəsində hər kəsə özünü “seyid” kimi
tanıtdığını bildirib:

“Kimsə inanmaz ki, Xudaverdi Allahverdiyev narkotik sata bilər. Çünki hamıya
özümü “seyid” kimi tanıdırdım. Adım və soyadım da bunu təsdiq edirdi ki, mən
elə-belə adam deyiləm. Heyif oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi.
Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı”.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi
Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq
narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını
hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma,
külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.


Source link