Bakıda piyada avtomobil qəzasının qurbanı olub

Bakıda piyada avtomobil qəzasının qurbanı olub

Baxış sayı: 2. 380 dəfə baxılıb.

Bakıda yolu keçən naməlum kişini maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, iyunun 4-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Elvin Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com