Bakının Səbail rayonunda, jurnalistlər üçün inşa edilmiş binaların
yaxınlığında avtomobil piyadanı vurub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidməti məlumat yayıb.
Yol-nəqliyyat hadisəsi səbəbindən Salyan şosesi istiqamətində avtomobillərin
sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması
istiqamətində işlər görülür.