6b7c6512-d07b-46ca-baf1-ce4a1fbaaa35..jpg

Bakıda piyadanı vuran sürücü hadisə yerindən yayınıb – FOTO

Baxış sayı: 949 dəfə baxılıb.

Bakıda piyadanı vuran sürücü hadisə yerindən yayınıb – FOTO

Bakının Sabunçu rayonunda piyadavurma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Zabrat” qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçən piyada – 1986-cı il təvəllüdlü Əliyev Sübhan
Ağamehdi oğlunu vurub. Daha sonra sürücü avtomobili ilə birlikdə hadisə yerini
tərk edib.

Əliyev Sübhan Ağamehdi oğlu zərbənin təsirindən dünyasını dəyişib. Onun meyiti
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon
Şöbəsinə yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Ağır xəsarət alan piyada təcili yardım
avtomobili ilə xəstəxanaya aparılıb.

Source link