Bakıda polis əməkdaşı işgəncə verməkdə təqsirləndirilir

Bakıda polis əməkdaşı işgəncə verməkdə təqsirləndirilir

Baxış sayı: 3. 667 dəfə baxılıb.

Bakıda polis əməkdaşı işgəncə verməkdə təqsirləndirilir

Bakıda işgəncə verməkdə təqsirləndirilən polis əməkdaşının cinayət işi üzrə məhkəmə başlayır. 

ÇıxışYolu.Com xəbər verir ki, cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 25-nə təyin edilib. 

Qeyd edək ki, Əliqulu Ağalıyev Qaradağ Rayon Polis İdarəsinin bölmələrinin birində polis vəzifəsində işləyib. 

Onun barəsində Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Etibar Məmmədov