Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb
Bakı şəhər Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Kəpəz” adlı kafedə
əxlaqsızlıq yuvası aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, Nizami RPİ tərəfindən bu ilin may ayında
keçirilən əməliyyatdan sonra kafenin icarədarı Şəfiqə Rüstəmova və oradakı
şəxslər saxlanılıblar. İzahatları alındıqdan sonra saxlanılan şəxslər sərbəst
buraxılıblar, həmçinin icarədar haqqında Cinayət Məcəlləsinin 244-cü
(əxlaqsızlıq yuvası təşkil etmə, saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işinin materialları bir neçə gün əvvəl Nizami Rayon Məhkəməsinə
göndərilib. Məhkəmədə 1973-cü il təvəllüdlü Şəfiqə Rüstəmovanın ikimərtəbəli
obyektin 1-ci mərtəbəsini kafe, 2-ci mərtəbəsini isə motel kimi işlətməsi
bildirilib. O, moteldəki otaqları 12-15 manat müqabilində fahişəliklə məşğul
olan şəxslərə icarəyə verirmiş.
Məhkəmənin hökmü ilə ona qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 2 il
islah işləri cəzası verilib.