740ae052-711c-4ff0-8ed5-4c8d5174847b..jpg

Bakıda polisin qətlində təqsirləndirilən şəxslərə ömürlük CƏZA

Baxış sayı: 810 dəfə baxılıb.

Bakıda polisin qətlində təqsirləndirilən şəxslərə ömürlük CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf
Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin istintaqı
yekunlaşıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad
Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi
ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və
Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə beş il müddətinə azadlıqdan məhrum
edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə ötən il fevralın 11-i gecə saat iki radələrində
Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin
Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci
(bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam
öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə
isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan
əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.

Source link