1fc0ff8f-2b35-4e05-9f2f-8cd7ad14c689..jpg

Bakıda polislərə tabe olmayan sürücünün işi – MƏHKƏMƏDƏ

Baxış sayı: 857 dəfə baxılıb.

Bakıda polislərə tabe olmayan sürücünün işi – MƏHKƏMƏDƏ

Bakının Səbail rayonunda xuliqanlıq hadisəsi törətməkdə ittiham olunan Rəşad
Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Səbail rayon
Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin sentyabrın 30-da Səbail rayonunda yol polisi əməkdaşları
ilə sürücü arasında silahlı insident yaşanıb. Gecə saatlarında 1983-cü il
təvəllüdlü Rəşad Muradov idarə etdiyi yük avtomobili ilə yol ayrıcını keçmə
qaydasını pozduğuna görə Səbail rayon Dövlət Yol Polis Şöbəsi əməkdaşları
tərəfindən saxlanılıb.

Saxlanılarkən şəxsin sərxoş olduğu şübhəsi yaranıb.

Ondan avtomobildən düşüb alkoqol testi verməsi tələb olunsa da, sürücü buna
əməl etməyib. Buna görə də əraziyə digər polis əməkdaşları da çağırılıb.

Daha sonra sürücü tabesizlik göstərərək ərazidən uzaqlaşmaq istəyib.
Hərəkətinə davam edərkən yaxında olan 5 avtomobili əzib.

Bundan sonra yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə
ediblər. Onlar avtomobilin arxa təkərlərini partladaraq maşının dayanmasını
təmin ediblər. Daha sonra şəxs müayinəyə aparılıb.

Müayinə zamanı aydın olub ki, Rəşad Muradov nəinki spirtli içkinin təsiri
altındadır, hətta qanında narkotik vasitə də aşkarlanıb.

Rəşad Muradovun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın
qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının
qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə
xuliqanlıq törətmək) və və 234-cü (qanunsuz narkotik əldə etmə, saxlama)
maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərçəkmiş qismində Sənan Hacıyev, Nigar Cəbiyeva, Vüqar
Hüseynov, Yusif Tağıyev, Aftandil Qasımov, həmçinin “Turan Transport Nəqliyyat
Ekspedisiyası Kompaniyası” MMC və “Azərbaycan Avtomobil Evi” MMC zərərçəkmiş
qismində tanınıblar.

Source link