31a0752a-202c-465c-938d-a899ad38c296..jpg

Bakıda polislər intihara cəhd edən şəxsi xilas ediblər – FOTO

Baxış sayı: 640 dəfə baxılıb.

Bakıda polislər intihara cəhd edən şəxsi xilas ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda intiharın qarşısı alınıb.

APA xəbər verir ki, hadisə “Yeganə” şadlıq sarayının yaxınlığındakı körpüdə
qeydə alınıb.

Təxminən 25-30 yaşlı oğlan üzərinə yandırıcı maddə tökərək özünü körpüdən
aşağı atmaq istəyib. Ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları və
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Dövlət Yol Polis İdarəsinin (DYP)
əməkdaşının müdaxiləsi ilə sözügedən şəxs ölümdən xilas edilib.

Polis əməkdaşları onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Hazırda həkimlər həmin şəxsi müayinə edirlər.

Faktla bağlı araşdırma aparılır.

Source link