380cfc01-4678-42e4-b081-692e050490e9..jpg

Bakıda “Porsche”nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar: Biri qadındır – FOTO/VİDEO

Baxış sayı: 654 dəfə baxılıb.

Bakıda “Porsche”nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar:
Biri qadındır – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche”
markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu
ərazisində oğurlandığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin
(PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən
Şahin Bayramov, Xəyal Əsədov və dəstə üzvü olan bir qadın saxlanılıblar.

Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə
qaytarılıb. Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi
olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir
qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmaması
araşdırılır.


Source link