da7cd1c4-7774-4b50-88b3-71146baba0ef..jpg

Bakıda pravoslav xristianlar xaçaçuran bayramını qeyd edirlər – FOTO

Baxış sayı: 577 dəfə baxılıb.

Bakıda pravoslav xristianlar xaçaçuran bayramını qeyd edirlər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda pravoslav xristianlar xaçaçuran bayramını qeyd edirlər.

Bu bayram Pravoslav Kilsəsində dərin mənəvi məna daşıyan 12 böyük hadisədən
biridir. Xristianlar bu mərasimi Miladdan iki həftə sonra, yanvarın 19-da
keçirirlər.

Bayramın adı yunan köklərinə malikdir və “suya daldırma” deməkdir. Bu proses
ruhun Tanrıya inandığı zaman günahlardan təmizləndiyinin simvolik mənası kimi
bədənin su ilə təmizlənməsi ilə keçirilir.

Pravoslav bayramı münasibətilə ölkənin hər yerində xristianlar kilsələrə
gedirlər.

Tədbirlərdən biri də Bakıdakı “Müqəddəs Məryəm Ananın Miladı kilsəsi”ndə
keçirilib.

Cixisyolu.com həmin mərasimdən görüntüləri təqdim edir.

Source link