d28ef718-f617-4316-bab2-5f74f3fa4d37..jpg

Bakıda “Prius” ağır qəzaya uğradı: 4 nəfər ölüb, 1 nəfər yaralanıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 841 dəfə baxılıb.

Bakıda “Prius” ağır qəzaya uğradı: 4 nəfər ölüb, 1 nəfər yaralanıb – YENİLƏNİB
+ VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat
hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, “Toyota” və “Mercedes” markalı iki minik
avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti zədələnmiş minik
avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

14:42

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb
Mərkəzinə təxliyə edilib:

“Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib.
Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə
nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib”.

14:38

Bakıda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı
məlum olub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev Prospektində, Şəfa stadionun
yaxınlığında qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli
bildirib ki, qəza zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub:

“İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr
qaydalarını pozması nəticəsində baş verib. Belə ki, “Koroğlu” metrosu
istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq
yolun ortasına düşüb. Arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə
çırpılıb. Üç nəfər hadisə yerində ölüb. “Toyota Prius”un içində olanlar təcili
xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.

13:34

Bakıda ağır yol qəzası olub, üç nəfər ölüb.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunda, “Şəfa” stadionu yaxınlığında
qeydə alınıb.

Qəza “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə baş verib. Həlak
olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13:20

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cixisyolu.com-ın məlumatına görə, hadisə “Toyota Prius” və “Mercedes C Class”ın
iştirakı ilə qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində insan itkisi var.

Source link