Bakı şəhəri, Səbail rayon sakininin mənzilindən içində pul olan seyf oğurlanıb.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Oğurluğun Aydın Məmmədov küçəsində yaşayan 1975-ci il təvəllüdlü Fuad Musayevin mənzilindən edildiyi məlum olub. Zərərçəkmiş bu barədə 8-ci Polis Bölməsinə məlumat verib və oğurluğun sentyabrın 23-ü saat 18:45 radələrində baş verdiyini bildirib.
Cinayətkar naməlum şəkildə içində 1800 ABŞ dolları (təxminən 3000 manat) olan 40X20 ölçüsündə seyfi oğurlayıb.
Hazırda 8-ci Polis Bölməsinin əməkdaşları oğurluq faktı üzərində araşdırma aparır.
Ramella İbrahimxəlilova