a705cbda-b4f0-4612-a89e-e8bb52909d60..jpg

Bakıda qəbiristanlıqda gizlədilən minaatan, qumbara və xeyli sursat tapılıb

Baxış sayı: 676 dəfə baxılıb.

Bakıda qəbiristanlıqda gizlədilən minaatan, qumbara və xeyli sursat tapılıb

Bakıda qəbiristanlıqda silah-sursat tapılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan
araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini
F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78”
minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar
olunaraq götürülüb.

Source link