Bakıda qəbiristanlıqdan bürünc büst oğurlanıb

Bakıda qəbiristanlıqdan bürünc büst oğurlanıb

Baxış sayı: 2. 052 dəfə baxılıb.

Bakının Yasamal qəbiristanlığında bürünc büst oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Sahib Əsədullayevin və Mikayıl Əsədullayevin ətraflarında Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların M.Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı məzarlardan birinin üzərindən bürünc büst və güldan oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, mayın 21-də Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzar daşlarının üzərində olan bürünc və latundan hazırlanan barelyefləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, S.Əsədullayev və M.Əsədullayev Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı daha 20 məzarın üzərində olan barelyefləri oğurlayıblar.

www.ÇıxışYolu.Com