2018-ci il 9 may tarixinin statistikasına görə, hazırda Azərbaycanda 460 nəfər İkinci Dünya Müharibəsi veteranı var.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədri Telman Babayev deyib.
“Hər il veterenların sayı azalır. Sağ qalan veteranların səhhəti ilə bağlı ciddi problemləri var”, – Babayev bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda 157 veteran yaşayır.
Qeyd edək ki, 2014-cü il yanvarın 1-nə olan statistikaya əsasən, Azərbaycanda 1900 İkinci Dünya Müharibəsi veteranı yaşayırdı.
Əli Məmmədov
www.ÇıxışYolu.Com