aba25d43-1648-47b4-8936-93b73fdfee17..jpg

Bakıda Qərbi Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərgi açılıb – FOTO

Baxış sayı: 631 dəfə baxılıb.

Bakıda Qərbi Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərgi açılıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Qərbi
Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi
olub.

“Report” xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqının və Qərbi
Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilir.

Sərgidə Azərbaycan xalq rəssamları Hüseyn Əliyev, Kamil Əliyev, Arif Qazıyev,
Əməkdar rəssam Rza Avşarov, Əməkdar rəssam İsa Məmmədov, Nağdəli Xəlilov, Sabir
Hüseynov, Saleh Məmmədov, Akif Quliyev, Xuday İbrahimov, Pərvin Quliyeva, Sevil
Əhmədova, Əli İsmayıl və başqaları olmaqla 25 müəllifin 40-dək rəngkarlıq və
rəsm əsərləri nümayiş olunur.

Açılış mərasimində Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli bildirib
ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və bərpası məcburi
köçkünlərin öz ata-baba yurdlarına qayıdışı tarixi və siyasi hadisələr olmaqla
yanaşı, eyni zamanda yaradıcı insanlar və rəssamlar üçün də bir ilham qaynağı,
yaradcılıq mövzusudur.

İcma sədri əlavə edib ki, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan
İcmasının təşkilatçılığı ilə keçirilən sərgidə nümayiş olunan əsərlərdə vətənə
məhəbbət əsas mövzudur:

“Sərgidə nümayiş olunan əsərlər mövzu etibarı ilə Vətənin gözəlliyini, tarixi
abidələrini, insanların mənəvi saflığını özündə əks etdirir. Qərbi Azərbaycan
məsələsi bu gün ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Bu,
eyni zamanda Qərbi Azərbaycandan son iki yüz ildə deportasiya edilmiş, etnik
təmizləməyə məruz qalmış, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına
qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanıdılması və qayıdış hüququnun
təminatı ilə şərtlənən vacib siyasi qərardır.

Azərbaycan xalqının ulu əcdadları tarixən yaşadıqları coğrafiyalarda zəngin
mədəni irs qoyub. Ölkəmizin ali rəhbərliyi, xüsusən Prezidentİlham Əliyev və
birinci xanımMehriban Əliyeva bu zəngin mədəni irsin qorunması və inkişafına,
tədqiq və təbliğinə böyük diqqət yetirir”.

Source link