Bakıda qəribə hadisə: Sosial şəbəkədə “rahat davranışına” görə döyüldü

Bakıda qəribə hadisə: Sosial şəbəkədə “rahat davranışına” görə döyüldü

Baxış sayı: 2. 670 dəfə baxılıb.

Bakıda qəribə hadisə: Sosial şəbəkədə “rahat davranışına” görə döyüldü

Bir qrup silahlı şəxs Bakı sakinini sosial şəbəkədə çox “rahat davranışına” görə döyüb. Mobil telefonla prosesi lentə alan xuliqanlar ondan pul tələb ediblər.

Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarının mənbələrindən məlumat verilib.

Hələlik yalnız oktyabrın 2-si saat 14:00-da özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən Fərid paytaxt sakini 1994-cü il təvəllüdlü Sənan Aslanova zəng vurması məlumdur.

Belə ki, o S.Aslanovdan 2-ci Alatava küçəsinə gəlməsini istəyib. Deyilən əraziyə gələn zərərçəkən bir neçə nəfərdən ibarət qrupla qarşılaşıb.

Sonra onlar hər biri maşınlara minərək Xırdalanda yerləşən oyun zalına gediblər. Burada S.Aslanova fiziki təzyiq göstərilib. Özünü kəşfiyyat nümayəndəsi kimi təqdim edən Fərid ona “Makarov” tipli tapança doğruldub.

Təcavüzkarlar S.Aslanovdan sosial şəbəkədə yazdığı şərəf və ləyaqətə toxunan təhqirlərə görə üzr istəməsini tələb edib. Onlar əks təqdirdə Aslanovu güllələyəcəkləri ilə hədələyiblər.

Sonra xuliqanlar zərərçəkmişi başqa bir otağa gətirib və ona bədən xəsarəti yetiriblər. Proses mobil telefonlarla lentə alınıb. Daha sonra Aslanovdan oktyabrın 3-ü saat 17:00-a qədər 200 manat gətirməsi tələb olunub. Cinayətkarlar tələb yerinə yetirilmədiyi təqdirdə videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Oktyabrın 3-də zərərçəkən Binəqədi Rayon Polis İdarəsinə müraciət edib. Üstəlik, hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, cinayət yerindən əldə olunan materiallar istintaq üçün Abşeron Rayon Polis Şöbəsinə təhvil veriləcək.

Zərərçəkən bir neçə şəxsin adını çəkib: Rauf, Ülvi, Fərid, Röyal, Bayram. Hazırda müstəntiqlər silahla pul tələb etmək və cinayətin digər detallarını öyrənmək məqsədilə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi üzərində işləyir.

Ramella İbrahimxəlilova