6a5e9160-1b5d-474e-97c0-6905360c1aeb..jpg

Bakıda qəribə olay – Rəfiqəsinə “övladını at” deyib bıçaqla hücum etdi

Baxış sayı: 726 dəfə baxılıb.

Bakıda qəribə olay – Rəfiqəsinə “övladını at” deyib bıçaqla hücum etdi

Bakıda övladından imtina edən qadın rəfiqəsi ilə birgə polis əməkdaşları
tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına
gətirilib.

Bu barədə Bizim.media-ya birliyin rəhbəri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, qadın övladını sığınacağa təhvil verərək rəfiqəsi ilə
gedib:

“Ötən gün gecə saatlarında polis əməkdaşları bir qadın və azyaşlı körpəsini
sığınacağımıza gətirdilər. Qadın övladından imtina etmək istədiyini bildirdi.
Əməkdaşlarımız qadınla xeyli söhbət apararaq özünün də sığınacaqda qalmasını
təklif etdilər, amma qətiyyən razı olmadı.

Qadının yanında başqa bir xanım da var idi. Xanım onu küçədə tapdığını və ona
kömək etmək üçün sığınacağa gətirdiyini bildirdi. İsrarlarımıza baxmayaraq,
qadın və rəfiqəsi uşağı sığınacağa qoyaraq getdilər. Bu gün qadın sığınacağa
gəldi və yanında olan rəfiqəsinin onu övladını atmağına məcbur etdiyini, eləcə
də müəyyən təkliflər etdiyini bildirdi. O bu təkliflərə razı olmadığını
bildirdikdə isə bıçaqla ona hücum çəkdiyini söylədi. Hazırda qadın və övladı
sığınacaqdadırlar”.

Mehriban Zeynalovanın sözlərinə görə, hadisənin araşdırılması üçün Daxili
İşlər Nazirliyinə, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
müraciət edilib.

Source link