Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində 1992-ci il
təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğundan məlumat
verilib.
Bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Ə.Səmədlinin aralarında
yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Səmədli iş üzrə
şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.