39a1c71f-ab13-4574-aa12-e85cf77e15b2..jpg

Bakıda qətlə yetirilmiş şəxs iş xanımının atasıdır – YENİLƏNİB + FOTO

Baxış sayı: 874 dəfə baxılıb.

Bakıda qətlə yetirilmiş şəxs iş xanımının atasıdır – YENİLƏNİB + FOTO

Bakıda 300 min manatla itkin düşən və qətlə yetirildiyi məlum olan 1954-cü il
təvəllüdlü Kamran Bəkirov iş xanımının atasıdır.

Bununla bağlı Olay.az məlumat yayıb.

Bildirilib ki, K.Bəkirovun qızı tanınmış iş xanımı, rəssam-modelyer Elnarə
Bəkirovadır.

08:40

Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan
1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin
düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis tərəfindən
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və
meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli
bilinənlər – əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov,
1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

Sabunçu Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19
radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində
aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və
onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət
yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhic bağları” adlanan
ərazidəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə cinayət işi başlanıb.

Source link