Bakıda qətl törətdikdən sonra polisə zəng edərək, narahat olmamalarını, yaxın zamanda özünü təslim edəcəyini bildirən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayon Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu haqda ÇıxışYolu.Com-a rayonun hüquq mühafizə orqanlarından məlumat verilib.
Sözügedən şəxs 46 yaşlı bağban İlyasov Ruslan Ənvər oğludur.
Belə ki, R.İlyasov Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçi qətlə yetirib.
Daha sonra polisə zəng edərək, qətl törətdiyini bildirib. R.İlyasov polis əməkdaşlarının narahat olmamasını, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini söyləyib.
İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb.
Bildirib ki, Musayevin onun həyat yoldaşına “gözü düşübmüş”. Hətta ona sataşıb.
Hüquq mühafizə orqanı əməkdaşları İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq, bu ifadənin inandırıcı səslənmədiyini bildirir.
İlyasovun xanımı ilə arasındakı böyük yaş fərqi özü də polis müstəntiqlərində bir çox suallara yol açıb: “Onların bu nikahı necə baş tutub?”
Saxlanılan şəxs əmin edir ki, qadına təşəkkür əlaməti olaraq onunla evlənib.
İlyasovun bundan əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkumluğu olub, onu təhqir edən şəxsi doğrayıb.
Ramella İbrahimxəlilov