ef078498-1894-43a0-9d82-2c0ba3254d35..jpg

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib

Baxış sayı: 527 dəfə baxılıb.

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev ömürlük azadlıqdan məhrum
edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində
baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə
olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il
təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə
G.Şadatova ölüb.

Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən
adam öldürmə) və 149, 150-ci maddələri üzrə ittiham irəli sürülüb.

Source link