Bakıda qətl törətməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda qətl törətməkdə təqsirləndirilən Aleksandr Serebrennikov və Elman
Mənsumova hökm oxunub.
“Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda elan edilib.
Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum
edilib. Prokuror da onların 10 il müddətinə azadlıqdan məhrum edilməsini
istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Sabunçu rayonunun Hövsan qəsəbəsi
ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov
tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə
1994-cü il təvəllüdlü Çərkəz Ələskərovu qətlə yetirməsi ilə bağlı əsaslı
şübhələr müəyyən edilib.
Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq
istintaqa cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat
tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.