87651848-35e3-45f0-bdfd-c75727ed345b..jpg

Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər – FOTO/VİDEO

Baxış sayı: 571 dəfə baxılıb.

Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilib ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin
sürücüsü maşını bordürə çırpıb.

Nəticədə avtomobilə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Qəzanı törədən sürücü və yaxınları ərazidə peşə fəaliyyətini yerinə yetirərək
hadisəni işıqlandıran APA TV-nin çəkiliş heyətinə təzyiq göstəriblər.

Onlar media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, operatorun
kamerasına əl atıb, etik normalardan kənar ifadələr işlədiblər.

Polisin müdaxiləsindən sonra jurnalistlər peşə fəaliyyətini davam etdirə
biliblər.


Source link