111bf937-ffb3-4ec4-9db4-96f98e5ba850..jpg

Bakıda qəzalı vəziyyətdə olan memarlıq abidəsi söküləcək? – AÇIQLAMA

Baxış sayı: 942 dəfə baxılıb.

Bakıda qəzalı vəziyyətdə olan memarlıq abidəsi söküləcək? – AÇIQLAMA

Bakıda yerləşən memarlıq abidəsi qəzalı vəziyyətdədir.

Belə ki, görkəmli xoreoqraf, Xalq artisti Əlibaba Abdullayevin Yasamal rayonu
“Kubinka” adlanan ərazidə yaşadığı və memarlıq abidəsi kimi qorunan binanın
qəzalı vəziyyətə olduğu və söküləcəyi ilə bağlı bir sıra məlumatlar yayılıb.

İddia edilir ki sözügedən memarlıq abidəsi söküləcək. Məsələ ilə bağlı
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinə, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Cixisyolu.com-ın
sorğusuna cavab olaraq bildirilib ki, Yasamal rayonu Əlibaba Abdullayev küçəsi,
7 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli
tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Məlumatda qeyd edilib ki, abidə dövlət mühafizəsindədir və sökülməsi
yolverilməzdir:

“1909-cu ildə inşa olunmuş tarixi tikilinin hazırda təmir-bərpa olunmasına
ehtiyac var.

Həmin yaşayış binasında təmir-bərpa işlərinin aparılması Mədəniyyət
Nazirliyinin səlahiyyətlərinə aid deyil. “Tarixi və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində xüsusi
mülkiyyətdə olan abidələrin mülkiyyətçinin vəsaiti hesabına təmir-bərpa
edilməsi nəzərdə tutulur.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli
648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında
Əsasnamə”nin 3.9.7-ci yarımbəndinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış
sahələrinin bərpası üçün tədbirlər müvafiq yerli icra hakimiyyəti orqanı
tərəfindən görülür”.

Yasamal Rayon İcra Hakimiyyəti də bildirib ki, bu bina tarixi-memarlıq abidəsi
olduğundan onun sökülməsi qeyri-mümkündür. Eləcə də bina dövlət tərəfindən
qorunur və ayrıca inventar nömrəsi mövcuddur.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Source link