d110c81f-4fe9-447f-b4bd-903aeb357e3b..jpg

Bakıda qaçırılan avtomobillə qəza törədilib

Baxış sayı: 598 dəfə baxılıb.

Bakıda qaçırılan avtomobillə qəza törədilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən
“Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı
avtomobillə vurulması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli
bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Source link