d58f63bd-7ef1-482c-9dab-3516733ec096.jpg

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı: 39 dəfə baxılıb.

Bakıda qaçırıldığı bildirilən yeniyetmə qız artıq tapılıb.

Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan
bildirilib ki, 16 yaşı tamam olmuş yeniyetmə tapılaraq valideynlərinə təhvil
verilib.

Həmçinin qurumdan bildirilib ki, yaşayış yeri üzrə polis əməkdaşları
tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək.

08:14

Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması
məsələsi ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cixisyolu.com
-a bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə
izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan
qohumunun evinə getdiyini bildirib.

Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

25 oktyabr, 02:04

Bakıda məktəbli qız qaçırılıb.

Bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində danışılıb.

Qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.

Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub:

“Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib.
Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə
yaşayıram. Valideynlərim də məlumatlıdırlar”,- deyə o bildirib.

Ətraflı süjetdə:

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ
AÇIQLAMA

Source link