Bakıda qadın əcnəbi vətəndaşı qarət etdi

Bakıda qadın əcnəbi vətəndaşı qarət etdi

Baxış sayı: 2. 664 dəfə baxılıb.

Bakıda qadın əcnəbi vətəndaşı qarət etdi

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, əməliyyat Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Belə ki, şöbəyə müraciət edən əcnəbi vətəndaş müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər. 

Oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com