598ae591-78b3-4143-a1cb-00046f6a598f..jpg

Bakıda qadın boğularaq öldürülüb

Baxış sayı: 684 dəfə baxılıb.

Bakıda qadın boğularaq öldürülüb

Bu gün saat 14 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində
1974-ci il təvəllüdlü Xalidə Şirəli qızı Zülfüqarovanın boğularaq öldürülməsi
barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini
törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü
Şahniyar Məhəmməd oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, könüllü istintaqa təslim
olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Source link