480fe1e7-398d-4d41-93bc-2e284c0799e5..jpg

Bakıda qadın boğularaq öldürülüb: Əri saxlanılıb – YENİLƏNİB

Baxış sayı: 503 dəfə baxılıb.

Bakıda qadın boğularaq öldürülüb: Əri saxlanılıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda baş verən qətllə bağlı cinayət işi açılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğu məumat yayıb.

Bildirilib ki, mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il
təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana
qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs
qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

16:43

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Cixisyolu.com-a verilən məlumata görə,
hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Ayşən Namaz qızı Məmmədova boğularaq
qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il
təvəllüdlü Nurəddin Mehbalı oğlu Məmmədov polis əməkdaşları tərəfindən
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link